Nazir hakimi hədələdi

Nazir hakimi hədələdi
09:12 3 Mart 2017
71 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Kayserispor" "Fənərbağça"nı qəbul edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçı tirbunadan izləyən Türkiyə Ətraf aləm və Şəhər naziri Mehmet Özhaseki oyun başa çatdıqdan sonra hakimlərdən şikayət edərək onları sərt bir şəkildə tənqid edib.
 
Matçın baş hakimi haqqında "bu yoldaş etdiklərinin qarşılığını görəcək" deyən nazir eyni şeyin "Fənərbağça"ya qarşı edilməsi vəziyyətində nə olacağını soruşub: "Bütün idman ictimaiyyətinə səslənirəm. Əlinizi vicdanınıza qoyun. Hakimlər də insandır, səhv edə bilərlər deyə olanların üstünü örtməmək lazımdı. Göz yumulsa, biz də bunda bir qəsd axtararıq. Bu hakim yoldaş isə etdikləri pisliklərin qarşılığı olacağını mütləq biləcək".
 
Qeyd edək ki, əslən kayserili olan Özhaseki "Kayserispor" azarkeşi kimi tanınır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR