Ova gedən gənc oğlan öldü

Ova gedən gənc oğlan öldü
09:17 3 Mart 2017
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 2-də axşam saatlarında Şəkidə dağlıq ərazidən meyit tapılıb.

Milli.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, meyiti tapılan şəxs rayonun Şin kənd sakini, 1991-ci il təvəllüdlü Mehman Fərhad oğlu Cəmilovdur. Meyit Şin kənd inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR