"O, "Barselona" üçün mükəmməl seçim olar"

"O, "Barselona" üçün mükəmməl seçim olar"
09:17 3 Mart 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Fabio Kapello Luis Enrikenin yayda komandadan ayrılacağını açıqlamasından sonra məşqçi axtarışlarına başlayan "Barselona"ya məsləhət verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Barsa"ya ən layiqli məşqçi kimi hazırda "Sevilya"nı çalışdıran Xorxe Sampaolini göstərib.

"Sampaoli "Barselona" üçün mükəmməl seçim olar. O, Avropadakı ən maraqlı məşqçilərdən biridi və mənim fikrimcə, "Barselona"nı çalışdırmağa layiq olan bir nömrəli adamdı".
 
Qeyd edək ki, argentinalı mütəxəssisin çalışdırdığı "Sevilya" hazırda İspaniya La Liqasında 3-cü pillədə qərarlaşıb. Əndəlus təmsilçisi Çempionlar Liqasında da mübarizəni davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR