Şəkidə dağlıq ərazidə gənc oğlanın meyiti tapıldı

Şəkidə dağlıq ərazidə gənc oğlanın meyiti tapıldı
09:18 3 Mart 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 2-də axşam saatlarında Şəkidə dağlıq ərazidən meyit tapılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxs rayonun Şin kənd sakini, 1991-ci il təvəllüdlü Mehman Fərhad oğlu Cəmilovdur. Meyit Şin kənd inzibati ərazisinin yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Fərhad Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/189977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR