Belarusda azərbaycanlı tutuldu

Belarusda azərbaycanlı tutuldu
11:01 7 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Belarus sərhədçiləri Avropa Birliyi ölkələrinə qanunsuz miqrant aparan kanalları müəyyən edə biliblər. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, qanunsuz miqrant axınını təşkil etməkdə ittiham edilən Rusiya vətəndaşı və onunla əlbir olan Azərbaycan, Özbəkistan vətəndaşları saxlanılıb. Bu barədə məlumatı Belarusun dövlət sərhəd komitəsi yayıb.

Onlar miqrantları qeyri-qanuni yollarla Litva ərazisinə keçirməyə çalışıblar. Saxlanılanların ümumi sayı 15 nəfərdir. Onlardan biri təşkilatçı, ikisi köməkçi, 12 nəfər isə Vyetamdan olan miqrat olub.

Azərbaycan və Özbəkistan vətəndaşları müxtəlif maşınlarda miqrantları Litva ilə sərhəddə gətiriblər. Burada onları Rusiya vətəndaşı gözləyib. O, isə sərhəddən qanunsuz keçidi təmin etməli idi.

İndi saxlanılanların terror və ya ekstrimist fəaliyyətlərdə iştirakının olub-olmaması yoxlanılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318140

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR