"Google" limiti artırdı

Məlumdur ki, əvvəllər "Gmail"lə göndərilən məktubların həcmi 25 MB idi.

Metbuat.az xəbər verir ki, "Google” şirkəti bu limiti aradan qaldıraraq, onu 50 MB edib. Bundan sonra istifadəçilər, 50 MB həcmə qədər olan məktubları qəbul edə biləcəklər. Lakin bununla belə göndərilən məktubların həcmi 25 MB qalır. Buradan sual yarana bilər ki, əgər limit 50 MB-kimi qaldırılıbsa və əgər göndərilən məktubun limiti 25 MB-dırsa onda burda məntiq hardadır? Məsələ burasındadır ki, yeni özəllik, iki "Gmail" ünvanı arasındakı məktublaşmaya şamil olunmur. Əgər siz 50 MB həcmli məktubu digər elektron poçt servisi vasitəsilə "Gmail" ünvanına göndərsəniz, məktub ünvana çatdırılacaq.

Əsmər / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR