Bakıda gənci metro kartına görə bıçaqladılar

Bakıda gənci metro kartına görə bıçaqladılar
09:37 3 Mart 2017
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda gənc oğlan metro kartına görə bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində, metronun "İnşaatçılar" stansiyasının çıxışında baş verib. 

Belə ki, 1991-ci il təvəllüdlü Yusifov Ramin Ələddin oğlu metrodan çıxan zaman tanımadığı orta yaşlı kişi (hələlik adı məlum deyil) ona yaxınlaşaraq metro kartının olub-olmadığını soruşub. R.Yusifov yox cavabı verəndə naməlum şəxs onu bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları gəlib. R.Yusifovun izahatı alınıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR