Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq

Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq
09:47 3 Mart 2017
178 Ölkə
Ölkə mətbuatı
A- A+

MDB-də sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 2006-cı ildən 2016-cı ilədək 30%-dən çox artaraq 3 230 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Knight Frank" şirkətinin hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər təşkil edib. Şirkətin proqnozlarına əsasən, 2016-2026-cı illərdə Rusiyada sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 60% artaraq 4 440 nəfər təşkil edəcək. Qeyd edilən dövr ərzində sərvəti 10 mln. dollar olan şəxslərin sayı 60% artaraq 9 680 nəfərə çatacaq.
 
Şirkətin analitikləri proqnozlaşdırır ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan şəxslərin sayı 2026-cı ilədək 60% artaraq 5 170 nəfər təşkil edəcək. "Bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda multimilyonçuların sayı 5 170 nəfərə çatacaq", - deyə sənəddə qeyd edilib.
 
2016-cı ildə Rusiyadakı dollar milyarderlərinin sayı 83 nəfər olub. Şirkət 2026-cı ilədək Rusiyadakı milyarderlərin sayının 133-ə çatacağını proqnozlaşdırır. Ümumilikdə növbəti 10 ildə MDB-dəki milyarderlərin sayının 90-dan 144-ə çatacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR