Açıq-saçıq geyinən 18 yaşlı aktrisa danışdı

Ötən gün “Stalinin başı” adlı filmin qala gecəsinə qatılan aktrisa Ülfət Bəşir geyimi açıq-saçıq geyimi ilə gündəm yaratdı. Bir çoxları onu bu geyimə görə sərt tənqid elədi.

Bununla bağlı Metbuat.az-a açıqlama verən Ülfət Bəşir tənqidlərə cavab verib. O qeyd edib ki, zövqlü geyinməyi xoşlayır:

“Bu mənim ilk filmim idi. Qala gecəsinə xüsusi hazırlaşmışdım. Mənim zövqlü geyinməklə bağlı heç bir problemim yoxdur. Hətta qala gecəsinə geyindiyim libasın bəzi detallarına özüm dizayn vermişəm. Ancaq heç vaxt düşünməzdim ki, mənə və geyimimə belə reaksiya gələr. Düzünə qalsa, mənim geyimimə göstərilən münasibəti ciddiyə almıram. Toy başqa, qala gecəsi başqa. Qala gecələrinə seçilmiş libaslar geyinmək lazımdır. Geyimimdə hər şey öz qaydasında idi. Fotoqraf yaxınlaşıb çəkib, yaxud kənardan çəkib fərq etməz. Heç fotoqrafa belə öz iradımı bildirmirəm, əcəb edib çəkib”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR