Dövrənin son turu: zirvə kimin olacaq?

Dövrənin son turu: zirvə kimin olacaq?
10:12 3 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Azərbaycan Premyer Liqasında XXI tura start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, III dövrənin son turunun matçları iki gün ərzində baş tutacaq.

Sumqayıtda keçiriləcək turun ilk matçında eyniadlı komanda "Qarabağ" üz-üzə gələcək. Son üç mövsümün çempionu ən azı bir neçə saatlıq liderliyi qaytarmaq üçün mütləq qalib gəlməlidi. Mövsümün ilk yarısında rəqibinə xal verməyən Qurban Qurbanovun yetirmələri bu matçın da favoritidi. Ardıcıl iki məğlubiyyət alan ağdamlıların rəqibi isə 4-cü pilləni qaytarmaq əzmindədi. Samir Abasovun yetirmələri avrokubok arzusunu çətinə salmamaq üçün meydanı 3 xalla tərk etməlidi.
 
İlk oyun günü mərkəzi matçla yekunlaşacaq. İlk "üçlük"də qərarlaşanların duelində "İnter"lə "Qəbələ" üz-üzə gələcək. 7 matçdı uduzmayan Roman Qriqorçukun komandası liderliyini qorumaq üçün çətin səfərdən itkisiz dönməlidi. Zaur Svanadzenin yetirmələri "Qarabağ"ın ardından "Qəbələ"ni də büdrətməyə köklənib. Hər iki komandanın bu il keçirdiyi bütün oyunlarda qol vurduğundan "İnter Arena"da da məhsuldar matç alına bilər.
 
Dövrənin son günü autsayderlərin dueli ilə başlayacaq. Bu il qələbə qazana bilməyən "Kəpəz"lə AZAL Gəncədə üz-üzə gələcək. Tərlan Əhmədovun yetirmələri 6 turluq məğlubiyyət seriyasını dayandırmaq üçün səfərə yollanıb. Qərblilər isə 7 turdu həsrət olduqları qələbə ilə azarkeşlərini sevindirməyə çalışacaq. Şahin Diniyevin yetirmələri yenə xalsız qalsa, son pillədəki AZAL-la fərq "əriyəcək".
 
Çempionatın III dövrəsi paytaxt derbisi ilə yekunlaşacaq. İlin ən yaxşıları arasında olan "Neftçi" və "Zirə" 8-ci km stadionunda qarşılaşacaq. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblərin duelinin dəyəri hər iki komanda üçün yüksəkdi. "Neftçi" heç vaxt çempionat oyununda zirəlilərə qalib gəlmədiyindən Elxan Abdullayevin yetirmələri sindromu qırmalıdı. Bu, "ağ-qaralar"ı Avropaya aparan 4-cü yerə daha da yaxınlaşdıracaq. Ayxan Abbasovun komandası isə üç turluq məğlubiyyətsizliyi davam etdirmək üçün mübarizə aparacaq. "Sumqayıt"ın xal itirəcəyi gözlənildiyindən "Zirə" heç-heçə ilə də mövqeyini qoruya biləcək.
 
Qeyd edək ki, III dövrənin oyunlarından sonra Premyer Liqada çox qısa fasilə yaranacaq. Azərbaycan millisinin Qətərlə yoxlama matçı ilə əlaqədar növbəti tur gələn həftəsonu deyil, martın 13-də başlayacaq.
 
Azərbaycan Premyer Liqası
XXI tur
4 mart (şənbə)

16:00. "Sumqayıt" - "Qarabağ"
Mövsümün ilk iki oyunu: 0:2, 0:3
Sumqayıt. Şəhər stadionu

20:00. "İnter" - "Qəbələ"
Mövsümün ilk iki oyunu: 0:0, 1:1
"İnter Arena"

5 mart (bazar)

15:00. "Kəpəz" - AZAL
Mövsümün ilk iki oyunu: 0:0, 1:0
Gəncə şəhər stadionu

18:00. "Neftçi" - "Zirə"
Mövsümün ilk iki oyunu: 0:1, 0:2
8-ci km qəsəbə stadionu

1.

Qəbələ

20

12

7

1

39-11

43

2.

Qarabağ

20

13

3

4

32-11

42

3.

İnter

20

9

9

2

31-19

36

4.

Zirə

20

7

5

8

18-21

26

5.

Sumqayıt

20

6

7

7

20-24

25

6.

Neftçi

20

6

2

12

15-33

20

7.

Kəpəz

20

3

8

9

13-23

17

8.

AZAL

20

1

5

14

8-34

8

Bombardir: Filip Ozobiç ("Qəbələ") - 11.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR