Bakıda su qiymətinə avtomobil satılır

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi martın 28-də növbəti hərrac keçirəcək. Metbuat.az xəbər verir ki, həmin gün hərracda şirkətlər, kiçik müəssisə və obyektlərlə yanaşı kənd təsərrüfatı texnikaları da satışa çıxarılacaq.

"Aqrilizinq" ASC-yə məxsus olan kombayn və traktorlar, otbiçən maşınlar özəlləşdirilməyə çıxarılıb. Onların siyahısında ancaq 2005-2006-cı illərdə istehsal edilən maşınlardır.

Ən baha taxılyığan kombaynın ilkin satış qiyməti 36 276 manat müəyyən edilib. Siyahıda 35 min, 27 min, 15 min manata satılan maşınlar da yer alıb.

Ən ucuz satılan otbiçən maşınlardır. Onların ilkin satış qiyməti 461 manatdan başlayır.

Hərracda iştirak etmək istəyən şəxslər maşınların dəyərinin 10%-i məblığində beh ödəməlidirlər.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsinin hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraca çıxarılan kənd təsərrüfatı maşınlarının tam siyahısı ilə buradan tanış ola bilərsiz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR