Alman cütlük Bakıya gəlir: "Rəfiqəm də futbol azarkeşidi"

Alman cütlük Bakıya gəlir: "Rəfiqəm də futbol azarkeşidi"
10:17 3 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay millimizin qonağı olacaq Almaniyada fan-klub üzvləri arasında müsabiqə keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, lotereyanın qalibi 28 yaşlı Kevin Kamrat olub.

O, Bundestimə Bakıda dəstək olmaq şansı əldə edib. Kamratla yanaşı, rəfiqəsi də martın 24-də Almaniya yığması ilə birlikdə Azərbaycana gələcək.
 
Bununla bağlı fikirlərini bildirən Kevin rəfiqəsinin də futbol azarkeşi olduğunu, birlikdə Dortmund "Borussiya"sının oyunlarına baxdıqlarını qeyd edib: "Bu, möhtəşəmdi. Amma Bakıya tək yollana bilmərəm. Rəfiqəm Lara Meskke də futbol azarkeşidi. Asiyanın qərbinə getmək imkanı hər an ələ düşmür. Yeni mədəniyyətlə tanış olmaq mənə çox maraqlı gəlir. Təbii ki, oyuna baxmaq da öz yerində. Milliyə bu qədər yaxın olmağı səbirsizliklə gözləyirəm".
 
Qeyd edək ki, Azərbaycan - Almaniya matçı martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR