Bu insanı tanıdınız? - FOTO

Bu insanı tanıdınız? - FOTO
10:22 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Britaniyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu, Tilda Suinton kimi tanınan Ketrin Matilda Suinton of Kimmergeym yeni filmə çəkilir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, filmin çəkiliş meydançasında 56 yaşlı aktrisanı tanımaq mümkün deyildi. Peşəkarcasına qrim və makiyaj Tilda Suintonu ahıl, ən azı 75-80 yaşlı qoca kişiyə "çevirib".

Almaniyanın paytaxtı Berlində, Markos Tanz Rəqs Akademiyasının binasının önündə aparılan çəkilişlərdə o, reportyorlara fikir verməyərək rejissorun göstərişlərini yerinə yetirib.

Film 1977-ci ildə çəkilmiş italyan "Suspiria" lentinin rimeykidir.

Rejissoru Luka Quadanyino olan yeni lentdə Dakota Conson, Mia QotXlo Qreys Morets də çəkilirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində












Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522823.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR