Ordumuzun düşmən mövqelərinə hücumu havadan necə çəkilir?

“Ötən gün düşmənə məxsus hərbi vasitələrin məhv edilməsinin çəkilişi Azərbaycan ordusunun tərkibində olan pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib”.

Bu sözləri hərbi jurnalist Ramil Məmmədli Müdafiə Nazirliyinin yaydığı görüntülərlə bağlı Metbuat.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, burada hər hansı bir film və quraşdırmadan söhbət gedə bilməz:

“Müasir texnologiyaların imkanlarından istifadə etməklə çox rahat şəkildə əməliyyatı əvvəldən axıra qədər çəkmək, hətta canlı yayımla komando məntəqəsinə ötürmək imkanları var. Azərbaycan Silahlı Qüvvələrinin silahlamasında istifadə olunan pilotsuz uçuş aparatları vasitəsilə bu cür əməliyyatların çəkilməsi və onların mərkəzə ötürülməsi mövcuddur. Həmin aparatlar hədəflər vurulmazdan əvvəl o prosesi izləyır. Belə ki, onlar ərazini araşdırır, orada toplaşma məntəqəsini müəyyənləşdirir və canlı olaraq komando məntəqəsinin qərarı ilə hədəfi məhv edir. Müasir hərbi əməliyyatların həyata keçirilməsi pilotsuz uçuş aparatları köməkliyi və peykdən çəkilən videogörüntülərlə həyata keçirilir”.

Xəyalə Məmmdəova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR