"Oskar" mərasimində səhvə yol verən işçilər mühafizə olunur

"Oskar" mərasimində səhvə yol verən işçilər mühafizə olunur
10:37 3 Mart 2017
102 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ "Oskar" mükafatının təqdimetmə mərasimində baş verən qalmaqaldan sonra Brayan Kullinan və Marta Ruizin evlərinin qarşısında təhlükəszilik tədbirləri güclənib.
“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə PricewaterhouseCoopers (PwC) auditor şirkətindən bildirilib.
PwC rəsmisi qeyd edib ki, işçilərin ev ünvanları və yaxınlarının fotoları mediada çap olunandan sonra, onlar mühafizə olunur.
Bir gün əvvəl Amerika kinoakademiyası elan edib ki, daha Kullinan və Ruizlə əməkdaşlıq etməyəcək.
Sonuncu "Oskar" mükafatının təqdimetmə mərasimində mükafatın tarixində ən qalmaqallı hadisə baş verib. "Ən yaxşı film" nominasiyasında "Ay işığı" filminin əvəzinə "La-la Lend" ekran əsəri qalib elan edilib. Daha sonra məlum olub ki, Kullinan və Ruiz zərfləri səhv salıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/oskar-merasiminde-sehve-yol-veren-isciler-muhafize-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR