Almaniya yığmasının azarkeşləri Bakıda futbol oynayacaqlar

Almaniya yığmasının azarkeşləri Bakıda futbol oynayacaqlar
10:37 3 Mart 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçını izləməyə gələcək Almaniya yığmasının azarkeşləri də futbol oynayacaqlar. "Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Bundestimin fan-klubu təşkil edəcək.
Onlar martın 26-da gündüz saatlarında "Bayıl Arena"da bir-biriləri ilə üz-üzə gələcəklər. Fan-klub oyunda iştirak etmək istəyənlərdən xüsusi anketi doldurmalarını xahiş edib. Azərbaycan - Almaniya matçı isə həmin gün saat 20:00-da başlanacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Almaniyadan Azərbaycana 800-dək azarkeş gələcək.  

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/almaniya-yigmasinin-azarkesleri-bakida-futbol-oynayacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR