QMİ sədri: "Azərbaycan dövləti İslam və digər səmavi dinlərin ardıcılları üçün lazımi şərait yaradır"

QMİ sədri: "Azərbaycan dövləti İslam və digər səmavi dinlərin ardıcılları üçün lazımi şərait yaradır"
10:52 3 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Muhəmməd Peyğəmbərin (s) qızı xanım Fatimeyi-Zəhranın (ə) şəhadət gününə həsr edilən anım mərasimi keçirib.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qurani-Kərimin tilavəti ilə başlanan toplantıda İslam yolunda və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə tədbirdə xanım Fatimeyi-Zəhranın həyat yolundan, İslam aləmində tutduğu mövqedən, İslam dininin yayılması və güclənməsi üçün gördüyü işlərdən danışıb. O qeyd edib ki, belə mərasimlərin keçirilməsinin böyük tərbiyəvi əhəmiyyəti var.
QMİ sədri bildirib ki, son illər Azərbaycan dövləti dini və milli-mənəvi dəyərlərin qorunması ilə bağlı mühüm işlər görür, İslam və digər səmavi dinlərin ardıcılları üçün şərait yaradır. Şeyxülislam Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasını Azərbaycanın ictimai və siyasi həyatında mühüm hadisə adlandırıb, bu təyinatın xalq və dövlət üçün xeyrə vəsilə olması üçün dualar edib.
Mərasimdə İran İslam Respublikası Ali Dini rəhbərinin təmsilçisi Seyid Əli Əkbər Ocaqnejad çıxış edib, “Əhli-Beyt məddahları” qrupunun ifasında surudlar səsləndirilib.
Tədbirdə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iştirak edib.
Sonda ehsan verilib, dualar oxunub. 



Xəbərin orijinal ünvanı: https://report.az/din/qmi-sedri-azerbaycan-dovleti-i-slam-ve-diger-semavi-dinlerin-ardicillari-ucun-serait-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR