Malayziya Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən şəxsi azadlığa buraxıb

Malayziya Kim Çen Inın qardaşını öldürməkdə şübhəli bilinən şəxsi azadlığa buraxıb
11:07 3 Mart 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Malayziya hökuməti Şimali Koreya lideri Kim Çen Inın atabir qardaşı Kim Çon Namın öldürülməsi işi üzrə həbs edilən Şimali Koreya vətəndaşını azad edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, polis Ri Çen Çola qarşı ittihamlar irəli sürmək üçün kifayət qədər sübutun olmaması qənaətinə gəlib.
O, miqrasiya qanunvericiliyini pozduğu üçün Şimali Koreyaya deportasiya olunacaq.
Ri Çen Çol üç il ərzində Malayziyada yaşayıb, lakin məlum olub ki, onun iş icazəsinin vaxtı 2017-ci ilin fevralın 6-da bitib.
Bir qədər əvvəl Malayziya təhlükəsizlik səbəbindən Şimali Koreya vətəndaşları üçün ölkəyə vizasız girişi ləğv edib.
Malayziyanın istintaq orqanları bu qətldə Şimali Koreyanın daha yeddi vətəndaşını, o cümlədən bir diplomatını şübhəli bilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/malayziya-simali-koreya-liderinin-qardasini-oldurmekde-subheli-bilinen-sexsi-azadliga-buraxib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR