İspaniya çempionatının oyununda huşunu itirən Fernando Torresin durumuna aydınlıq gəlib

İspaniya çempionatının oyununda huşunu itirən Fernando Torresin durumuna aydınlıq gəlib
11:12 3 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart.REPORT.AZ/ İspaniya çempionatının XXV turu çərçivəsində "Deportivo" ilə səfər matçında huşunu itirən və dərhal xəstəxanaya yerləşdirilən "Atletiko" komandasının hücumçusu Fernando Torres səhhətinin qaydasında olduğunu açıqlayıb.
"Report"un məlumatına görə, 33 yaşlı futbolçu bu barədə şəxsi "Twitter" hesabında yazıb. O, başından aldığı zədənin tezliklə sağalacağına və komandanın heyətinə qayıdacağına ümidvar olduğunu vurğulayıb: "Narahatlıq keçirdiyiniz və dəstək olduğunuz üçün çox sağ olun. Bu, sadəcə dəhşətli epizod idi. Ümid edirəm ki, tezliklə qayıdacağam".
"Atletiko"nun mətbuat xidmətindən də bildirilib ki, futbolçu yaddaşını itirməyib və müayinə zamanı ciddi xəsarət aşkarlanmayıb.
Qeyd edək ki, martın 2-də baş tutmuş oyunun 86-cı dəqiqəsində rəqib futbolçu ilə toqquşmadan sonra Fernando Torresin başı zərbə ilə ot örtüyünə dəyib. Bu zaman huşunu itirən futbolçunun dili qatlanıb. 33 yaşlı hücumçu həkimlərin müdaxiləsindən sonra dərhal xəstəxanaya aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-spaniya-cempionatinin-oyununda-husunu-itiren-fernando-torresin-durumuna-aydinliq-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR