Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir

Bakıda “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir
11:12 3 Mart 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart.REPORT.AZ/ Bakıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində DTX, Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilir.
“Report”un xəbərinə görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, deputatlar, universitet rektorları, tələbələr iştirak edirlər.
Konfransdan öncə DTX-nın Mədəniyyət Mərkəzinin rəssamlıq dərnəyində fəaliyyət göstərən uşaqların və yeniyetmələrin “Biz terrora “yox” deyirik” mövzusunda rəsm işlərinin, həmçinin müvafiq ədəbiyyat, təbliğat vasitələrinin sərgisinə baxış keçirilib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/bakida-terrorculuga-ekstremizme-ve-radikalizme-qarsi-mubarizede-genclerin-rolu-movzusunda-konfran

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR