Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb
11:12 3 Mart 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlər aşkarlayıb.
Bu barədə “Report” Komitəyə istinadən xəbər verir.
Məlumata görə, respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Cəlal Qasımov küçəsində Azərbaycan vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi "OKA SeAZ-11116" markalı, 24 BE 054 dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/azerbaycanda-qacaqmalciliq-yolu-ile-kulli-miqdarda-siqaret-getirilmesinin-qarsisi-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR