ABB yeni depozitlərə görə plastik kart hədiyyə edir

ABB yeni depozitlərə görə plastik kart hədiyyə edir
11:27 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) depozit yerləşdirən hər bir müştəriyə faizlərin alınması üçün bank tərəfindən “Visa Classic”, yaxud “MasterCard Standard” ödəniş kartı hədiyyə edilir. Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.
Bu kartlarla onlayn alış-veriş etmək, ölkə ərazisində və xarici ölkələrdə müxtəlif ödənişlər aparmaq, eləcə də bir çox elektron bank xidmətlərindən faydalanmaq olar. Üstəlik, bu kartlarla faiz gəlirlərini nağdlaşdıran zaman müştəridən heç bir komissiya haqqı tutulmur.
Bank müştəriyə depozitinin müəyyən həcmində kredit əldə etmək imkanı da yaradır və bu məqsədlə əlavə olaraq “Visa Gold”, “MasterCard Gold”, “Visa Platinum", "MasterCard Platinum", "American Express Green", “Visa PrimeCard Gold”, “Visa PrimeCard Platinum”, “American Express Gold”, “Visa İnfinite”, “MasterCard WorldElite”, “American Express Platinum” kartlarından hər hansı biri hədiyyə verilir.
Qeyd edək ki, ABB manat depozitlərinin gəlirliyini illik 13%-ə, ABŞ dolları ilə olan depozitlər üzrə isə 3,25%-ə qədər artırıb. Depozitlər Bankın bütün filiallarında qəbul olunur (www.ibar.az/az/individual/deposits/classic-deposit).
Xatırladaq ki, 36 filiala və 40 şöbəyə malik olan ABB-nin səhmlərinin əsas hissəsi Azərbaycan dövlətinə məxsusdur. Bank hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. ABB-nin məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-yeni-depozitlere-gore-plastik-kart-hediyye-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR