Yağış həyatı iflic etdi, məktəblər bağlandı - FOTO/VİDEO

Yağış həyatı iflic etdi, məktəblər bağlandı - FOTO/VİDEO
11:28 3 Mart 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Mersin vilayətində yağan güclü yağışlar həyatı iflic edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yağış suları evlərin həyəti, iş yerləri və digər əraziləri basıb.

Yollarda hərəkətin çətinləşməsi ilə əlaqədar olaraq valilik məktəblərdə tətil elan edilməsinə qərar verib. Bundan başqa, Mersin Universiteti bağlanıb.

Bütün gecə davam edən yağış daşqınlara səbəb olub. Nəticədə, əkin sahələri ciddi zərər görüb. Yolların bəzi hissələrində iri çuxurlar yarandığı üçün avtomobillərin hərəkəti çətinləşib.

Ömər




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR