Məcburi köçkünlərin qazı nə vaxt veriləcək? - Komitə sədri açıqladı

Məcburi köçkünlərin qazı nə vaxt veriləcək? - Komitə sədri açıqladı
11:32 3 Mart 2017
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti məcburi köçkünlər yaşayan və qaz olmayan yerlərdə qazlaşma işlərinə başlanması barədə tapşırıq verib. Biləsuvar rayonunda 16 mindən çox məcburi köçkün 11 qəsəbədə yaşayır. Prezident ARDNŞ-ə bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
 
Ə.Həsənov deyib ki, artıq bu qəsəbələrin qazlaşdırılması barədə tapşırıq icra olunub: "Gələn həftə yəqin ki, bu qəsəbələrə qaz verilməsinin açılışı baş tutacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR