Mədət Quliyev: "Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur"

Mədət Quliyev: "Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur"
11:32 3 Mart 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev bildirib ki, dünyada təhlükəsizliyi ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün çox mühüm bir məsələdir:

"Son dövrlərdə Azərbaycana yaxın olan Mərkəzi Asiya və Yaxın Şərqin bir sıra ölkələrində cərəyan edən proseslər beynəlxalq əmin-amanlığı qorxulu təhlükələrlə, o cümlədən terrorizm, ektremizm və digər qorxulu təhdidlərlə üzləşdirib. Bu gün İŞİD və digər terrorçu təşkilatlar ölkələrin ərazilərini işğal edərək beynəlxalq təhlükəsizliyə təhdid yaradır".

DTX rəisi qeyd edib ki, Azərbaycan tərəddüd etmədən antiterror koalisiyasına qoşulur və beynəlxalq terrorizmlə mübarizəyə öz töhfəsini verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR