Torresin durumuna aydınlıq gəldi - VİDEO

Torresin durumuna aydınlıq gəldi -   VİDEO
11:37 3 Mart 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Deportivo" ilə oyunda ölümdən dönən "Atletiko"nun hücumçusu Fernando Torresin səhhəti normaldı. Fanat.Az xəbər verir ki, futbolçu bu barədə "Twitter" hesabında yazıb.


Ötən axşam keçrilən oyunda huşunu itirən və dərhal xəstəxanaya yerləşdirilən futbolçu başından aldığı zədənin tezliklə sağalacağına və komandanın heyətinə qayıdacağına ümidvar olduğunu vurğulayıb: "Narahatlıq keçirdiyiniz və dəstək olduğunuz üçün çox sağ olun. Bu, sadəcə dəhşətli epizod idi. Ümid edirəm ki, tezliklə qayıdacağam".


"Atletiko"nun mətbuat xidmətindən də bildirilib ki, futbolçu yaddaşını itirməyib və müayinə zamanı ciddi xəsarət aşkarlanmayıb.



Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-torresin-durumuna-aydnlq-gldi-t56655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR