“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib
11:37 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı.3 mart.REPORT.AZ/ “Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2650 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1296-1290 metr intervaldan gündəlik 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neft-daslari-yataginda-yeni-quyu-istismara-verilib-0101010

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR