Salvador Dalinin bacısının portreti təxminən 2 milyon funta satılıb

Salvador Dalinin bacısının portreti təxminən 2 milyon funta satılıb
11:42 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Salvador Dalinin “Profildən fiqura” əsəri Londonda Bonhams hərracında təxminən 2 milyon funta satılıb.
“Report” auksionun saytına istinadən xəbər verir ki, 1925-ci ildə çəkilən bu portretdə rəssam bacısı Ana Mariyanın təsvir edib.
Dali bu əsəri bacısına münasibətləri korlananadək verib. 1942-ci ildə Salvador Dali öz ömür yolunu yazıb və bu bacısının xoşuna gəlməyib. 1949-cu ildə isə Ana Mariya öz memuarını nəşr etdirib.
O, bunu lotun indiki sahibinə hədiyyə edib. Əsəri 8000 min funtdan 1,2 milyon funtadək qiymətləndiriblər. Onun yekun qiyməti isə 1,8 milyon funt olub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/salvador-dalinin-bacisinin-portreti-texminen-2-milyon-funta-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR