Ermənilərin törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq azərbaycanlı həlak olub

Ermənilərin törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq  azərbaycanlı həlak olub
11:43 3 Mart 2017
124 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan tərəddüd etmədən anti-terror koalisiyasına qoşulub. Beynəlxalq terrorçuluqla mübarizəyə öz töhfəsini verməkdədir”.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyanın təhlükəsizliyini ciddi təhdid edən terrorçuluq, ekstremizm və radikalizm ölkəmiz üçün də mühüm məsələdir.

Mədət Quliyev qeyd edib ki, ermənilərin Azərbaycanda törətdikləri 373 terror aktı nəticəsində 2000-dən artıq dinc azərbaycanlı həlak olub. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/190002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR