Bakıda ADAM OĞRULARI tutuldular

Bakıda ADAM OĞRULARI tutuldular
11:47 3 Mart 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulublar.
 
Milli.Az DİN-ə istinadən xəbər verir ki, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.    
 
35-ci Polis Bölməsi əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla birgə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar. 
 
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR