"Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb"

"Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb"
11:52 3 Mart 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən çox dinc insan ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev qeyd edib ki, Azərbaycan terrorun fəsadları ilə hələ yüz illər bundan əvvəl üzləşib:

"Erməni terrorçuları hələ ötən əsrdən Azərbaycana qarşı terror hadisələri törədib. Erməni terroru 1980-ci illərdən yenidən vüsət alıb. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub".

DTX rəisi bildirib ki, Azərbaycan mürəkkəb geosiyasi məkanda yerləşir:

"Bununla belə, respublikamız nəinki Cənubi Qafqazın, hətta Avropanın ən sabit ölkələrindən biridir. Bu, məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində mümkün olub. Bu gün məhz ulu öndərin qoyduğu siyasi xətt müasir dövrün tələbləri nəzərə alınmaqla cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sistemində öz layiqli yerini tutub və etibarlı tərəfdaş statusunu qazanıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/522880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR