"900-ə yaxın azərbaycanlı terror qruplaşmalarına qoşulub"

"900-ə yaxın azərbaycanlı terror qruplaşmalarına qoşulub"
12:05 3 Mart 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

İndiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda bu gün keçirilən konfransda çıxışı zamanı deyib.

M.Quliyev qeyd edib ki, indiyə qədər 900-ə yaxın Azərbaycan vətəndaşı dini radikal cərəyanların təsiri altına düşərək Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulub:

"Əldə olunan məlumatlara görə, onların çoxu həlak olub. Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR