Səudiyyə Ərəbistanı neft qiymətlərinə endirim edib

Səudiyyə Ərəbistanı neft qiymətlərinə endirim edib
12:12 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı qlobal bazarda neft qiymətlərinin azalmasına səbəb olub. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, buna səbəb S.Ərəbistanının bütün müştərilərinə endirim etməsi amili olub. Əsas endirim (0,3 dollar/barel) asiyalı müştərilərə təqdim edilib. Onlar aprel ayında nefti yeni, endirimli qiymətlə ala biləcək. Bu, son 7 ilin orta qiymətindən 2 dollar/barel ucuzdur.
Ər-Riyadın bu qərarı neft bazarı iştirakşıları üçün sürpriz olub. Belə ki, onlar keçən ilin sonundan etibarən qiymətləri artırırdılar. Analitiklər S.Ərəbistanının bu qərarını Asiya bazarında bu ölkənin liderliyini itirməsi ilə izah edirlər. Qeyd edək ki, S.Ərəbistanı ən mühüm neft idxalçısı olan Çin bazarını fevral ayında Rusiyaya uduzub.
Xatırladaq ki, OPEC və neft hasil edən digər ölkələr 2016-cı ilin noyabrında hasilatın azaldılması ilə bağlı qərar qəbul edib. Bu qərar nəticəsində azalan hasilat və yüksələn neft qiymətləri ABŞ-da şist neft hasilatçılarının fəaliyyətini canlandırıb. Belə ki, ABŞ-da neft hasilatı 9 mln. barel/günü ötüb. Öz növbəsində S.Ərəbistanı fevral ayında hasilatı 717,6 min barel/gün azaltdığını və 9,748 mln. barel/günə çatdırdığını  bildirib. Onun isə anlaşmada qəbul etdiyi öhdəliyə görə hasilatı 10,058 mln. barel/günə qədər azaltması kifayət edirdi.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/seudiyye-erebistani-neft-qiymetlerine-endirim-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR