İraqda PKK terrorçuları ilə kürd silahlıları arasında atışma olub

İraqda PKK terrorçuları ilə kürd silahlıları arasında atışma olub
12:12 3 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ İraqın Mosul əyalətinin Sincar rayonunda terrorçu PKK qruplaşmasının üzvləri ilə Suriyadan olan kürd silahlıları (peşmərgə) arasında baş verən atışma nəticəsində 5 terrorçu məhv edilib. 
“Report” "Haber7"yə istinadən xəbər verir ki, hər iki tərəfdən çoxlu sayda yaralı var.
İnformasiyaya əsasən, 500 kürd silahlısı ötən gün Suriya ilə İraq sərhədində yerləşən Sinune-Hanesur rayonuna yerləşdirilib.
Qeyd edək ki, terrorçu PKK qruplaşması Sincarda da düşərgə qurub. İraqın şimalındakı kürd muxtar hökuməti terrorçuların bu hərəkətinə etiraz edir. 



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/i-raqda-pkk-terrorculari-ile-kurd-silahlilari-arasinda-atisma-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR