​Çində avtobus qəzası

Çində avtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər ölüb, 38 nəfər isə yaralanıb.

Metbuat.az bildirir ki, hadisə ölkənin cənub-qərbindəki Yunnan əyalətinin Lançanq şəhərində baş verib. Əyalətin paytaxtı Kumminqə dedən sement daşıyan yük maşını ilə toqquşan avtobusdakı 48 nəfərdən 10-u həyatını itirib. Digər 38 nəfər isə xəstəxanaya yerləşdirilib. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR