​İngiltərənin ardınca Fransa

Fransada sağçı "Milli Cəbhə" lideri və prezidentliyə namizəd Marin le Pen İngiltərənin ardından Fransanın da Avropa Birliyindən (AB) ayrılmasının vacibliyini qeyd edib.

Metbuat.az bildirir ki, Parisdə jurnalistlər qarşısında çıxış edən le Pen avronun Fransa, İtaliya və İspaniiyanın sənayesinə mənfi təsir etdiyini deyərək, bununla bağlı referendumun vacibliyini vurğulayıb. ABŞ prezidenti Donald Trampın məşğulluqla bağlı modelini nümunə gətirən prezidentliyə namizəd AB-ni sadəlövlükdə günahlandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR