Alman azarkeşlər Bakıda futbol oynayacaqlar

Alman azarkeşlər Bakıda futbol oynayacaqlar
12:17 3 Mart 2017
143 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan milli komandası ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçını izləməyə gələcək Almaniya yığmasının azarkeşləri də futbol oynayacaqlar.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının rəsmi saytı görüşü Bundestimin fan-klubu təşkil edəcəyini yazıb.

Onlar martın 26-da gündüz saatlarında "Bayıl Arena"da bir-biriləri ilə üz-üzə gələcəklər.

Fan-klub oyunda iştirak etmək istəyənlərdən xüsusi anketi doldurmalarını xahiş edib.

Azərbaycan - Almaniya matçı isə həmin gün saat 20:00-da başlanacaq. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qeyd edək ki, Almaniyadan Azərbaycana 800-dək azarkeş gələcək. Biletlər Federasiya tərəfindən alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR