"Kuboku qazanacağıq" - "Neftçi"nin futbolçusu

"Kuboku qazanacağıq" -   "Neftçi"nin futbolçusu
12:27 3 Mart 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin futbolçusu Rahil Məmmədov klubun rəsmi saytına açıqlama verib.


Fanat.Az xəbər verir ki, bir müddətdi zədədən əziyyət çəkən gənc müdafiəçi hazırkı durumundan danışıb: “Hər şey proqram üzərində gedir. Əlavə olaraq fiziki məşqçi ilə fiziki hazırlıq keçirəm. Çalışırıq fiziki durumumu komandanın səviyyəsinə çatdırım ki, sabah komandaya qoşulanda çətinliyim olmasın. Hər şey qaydasında olsa, aprel ayında meydanlara qayıdacam. Yaranan boşluqdan istifadə edərək öz üzərimdə bir az da işləməliyəm”.


Rahil komandanın durumundan da danışıb: “Komandanın hazırkı heyəti ötən ilkindən fərqlənir. Komandada özünəinam qayıdıb. İnanıram ki, komandamız ölkə kubokunda daha yaxşı çıxış edəcək, kuboku  qazanacağıq”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkuboku-qazanacaqquot-t56656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR