PA şöbə müdirinin müavini: “Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər”

PA şöbə müdirinin müavini: “Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər”
12:27 3 Mart 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart.REPORT.AZ/ “Azərbaycan müstəqilliyinin ilk illərində gənclər marginal qruplara cəlb edilmişdi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra gənclər bu işlərdən uzaqlaşdırıldı. Onlar dövlət idarəçiliyinə cəlb edildi”.

“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hazırda “Azərbaycan gənci” deyəndə sərhədləri qoruyan, idman yarışlarında qələbə çalan, bir sıra işlərdə aktiv olan insanlar başa düşülür: “Azərbaycanda gənclərə dəstək verilir. Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər. Ölkəmizdəki siyasi sabitlik dünya üçün nümunədir. Bu siyasi sabitlik Prezident İlham Əliyevin apardığı praqmatik, uzaqgörən siyasəti nəticəsində mümkün olub”.

PA-nın nümayəndəsi bildirib ki, Azərbaycan dövləti media sahəsinə də diqqət göstərir: “Bu gün Azərbaycanda yüzlərlə qəzet, onlarla informasiya portalı, telekanallar var. Söz və ifadə azadlığının mövcudluğu hər kəs üçün şərait yaradır. Gənc jurnalistlər peşəkar jurnalistika nümunələrinə yiyənlənməlidirlər”.




Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/pa-sobe-mudirinin-muavini-gencler-prezident-i-lham-eliyevin-etrafinda-six-birlesmelidirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR