Xalq artisti: "Teatr zamanın tələblərindən geri qalmamalıdır"

Xalq artisti: "Teatr zamanın tələblərindən geri qalmamalıdır"
12:27 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Teatr Xadimləri İttifaqında martın 10-da "Zaman və teatr" adlı elmi-praktiki konfrans keçiriləcək.
Bunu "Report"a açıqlamasında xalq artisti Hacı İsmayılov bildirib.
Onun sözlərinə görə, Milli Teatr Günü ilə əlaqədar keçiriləcək tədbirin davamında yubileyi olan sənətkarlara Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim ediləcək. 
Xalq artisti qeyd edib ki, teatr zamandan geri qala bilməz o mütləq inkşaf etməlidir: "Teatrımız zamanla tamamilə dəyişib. Əsasən də əhval ruhiyyə və insanların bir-birinə münasibəti dəyişib. Əvvəllər bu bir qədər pərakəndə halda olsada indi hər şey qaydasındadır. Artıq insanlar bir-birinə daha hörmətlə yanaşır. Teatr yaradıcı atmosfera olmalıdır. Əgər bu varsa deməli hər şey qaydasındadır".

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/xalq-artisti-teatr-zamanin-teleblerinden-geri-qalmamalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR