Tramp Əfqanıstan prezidentinə vəd verdi

Tramp Əfqanıstan prezidentinə vəd verdi
12:37 3 Mart 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və əfqanıstanlı həmkarı Əşrəf Qəni Əhmədzay arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, danışıqlar zamanı D.Tramp Əfqanıstan prezidentinə ABŞ qoşunlarının bu ölkədə qalacağını və Əfqanıstan Silahlı Qüvvələrinə hər cür dəstəyi göstərəcəyini vəd edib.

Qeyd edək ki, ABŞ və NATO ötən il Əfqanıstana dəstək sahəsində öhdəliklərini yerinə yetirəcəyini bildirmişdi. NATO və Əfqanıstan arasındakı sazişə əsasən, bu ölkədə 12 minə yaxın xarici hərbi qulluqçu fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR