Bayramda 9 gün iş olmayacaq

Bayramda 9 günlük qeyri-iş günü ilə əlaqədar artıq bəzi şəxslər istirahət etmək üçün yerlər axtarır.

Bununla əlaqədar bir neçə turizm şirkətləri ilə əlaqə saxladıq. Bildirildi ki, bayramda əhali daha çox daxili turizmə üstünlük verir. Daxili turizmdə də qiymətlər adam sayı, müddət və göstərilən xidmət dərəcəsinə görə dəyişir.

Metbuat.az bildirir ki, ölkədaxili turlar bayram günlərində müxtəlif qiymətə olacaq. Belə ki, 1 günlük tək nəfərlik turlar 20-22 AZN arasıdır. Həmin paketə gedib qayıtmaq və yalnız səhər yeməyi daxildir.

İstirahət etdiyiniz məkanda qalmaq isətiysinizsə, qiymətlər otelin xidmətinə görə dəyişir. Belə ki, Qəbələdə iki nəfərlik 1 gün qalmaq 50 AZN-dən başlayır. Bu qiymətə səhər yeməyi və üç dəfə qidalanma aiddir. Regionlara görə qiymət dəyişə də bilir. Belə ki, həmin iki nəfərlik paketi daha ucuz və baha qiymətə də əldə etmək mümkündür.

Xarici turların qiyməti isə gedilən ölkəyə görə dəyişir. İstanbula iki nəfərlik (1 həftəlik) tətil 1200 manatdır. Bura sadəcə səhər yeməyi aiddir. Dubaya 5 gecə 6 günlük iki nəfərlik istirahət 1200 dollara başa gəlir. Azərbaycanlıların ən çox getdiyi Gürcüstan turu isə bayram günlərində iki nəfərə (1 həftə) 1500 manat təşkil edəcək.

Bildirək ki, qiymətlər turizm şirkətləri və otel xidmətinə görə dəyişir.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR