Daxili işlər naziri işə at belində gəldi

Daxili işlər naziri işə at belində gəldi
12:42 3 Mart 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Martın 1-də ABŞ Konqresinin Senatında daxili işlər naziri vəzifəsinə təyin olunan Rayan Zinke ertəsi gün işə Vaşinqton süvari polisinin müşayiəti ilə at belində gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, siyasətçi müvafiq fotoşəkili özünün rəsmi "Twitter" səhifəsində yerləşdirib.

"Hill" qəzeti qeyd edir ki, nazir at üstündə "kovboy" papağı, uzunboğaz çəkmə və cins şalvarla görünməsi ilə mühafizəkar mövqeyini nümayiş etdirmək istəyib. ABŞ Hərbi Dəniz Qüvvələrinin "dəniz pişikləri" kimi tanınan xüsusi təyinatlı qüvvələrində xidmət etmiş keçmiş hərbçi Rayan Zinke ova, balıq tutmağa və aktiv istirahətə maraq göstərən insan kimi tanınır.

Qeyd edək ki, ABŞ-ın daxili işlər nazirliyi yalnız güc strukturu deyil və asayişi qorumaqla bərabər, federal torpaqların və təbi sərvətlərin idarə edilməsi kimi məsələlərə məşğul olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR