Bakının rəngi solmuş "Zebraları"

Paytaxtın bəzi küçələrində rəngi solmuş, hətta bəzi yerlərdə tamamilə görünməyən piyada zolaqları var. Həmin “görünməz zolaqlar” çox vaxt piyadaların rahat yolu keçməsinə əngəl yaradır. Piyada zolağının olmadığını görən piyadalar cərimələnməkdənsə, yollarını uzadırlar.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yaxın müddət ərzində Bakı şəhərində olan piyada zolaqlarının hamısı yenidən rənglənəcək:

“Havalar qeyri-sabit keçdikdə, xüsusən də payız-qış mövsümündə xüsusi boya ilə çəkilən həmin piyada zolaqlarının rəngi solur. Havaların istiləşməsilə əlaqədar boyların yenilənməsi istiqamətində işlər aparılır. Artıq bu işlərə start verilib. Yaxın müddət ərzində Bakı şəhərində olan piyada zolaqlarının hamısı yenidən rənglənəcək.

Buna baxmayaraq, piyada zolağınən olduğu ərazidə yolu keçmələri üçün "piyada" nişanları var. Həmin nişana uyğun insanlar yolu keçə bilərlər”.

Xəyalə Məmmədova

Fotolar: Adil Soltanov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR