Kirayə qalan azərbaycanlı aktyor:

Bir çox seriallardan tanıdığımız, filmlərdə çəkilən gənc aktyor Cavanşir Məhərrəmov Metbuat.az-a aktyorların maaşlarından danışıb.

Cavanşir Məhərrəmov bu gün bir çox aktyorların aşağı maaşa görə əziyyət çəkdiyini, lakin işinə olan sevgisindən dolayı bu sahədən gedə bilmədiyini vurğulayıb:

“Teatr aktyorlarının aldığı maaş qənaətbəxş deyil. Çünki bütün gününü teatra həsr edən şəxs ailə saxlayır. Ayın sonunda aldığı maaş isə təbii ki, kifayət etmir. Özüm neçə illərdir kirayədə qalıram, ailəmi özüm dolandırıram. İşimi sevdiyimə görə bu sənətdə qalmışam. Məcburam arada başqa işlərlə məşğul olum”.

Aktyor aldığı maaşla problemlərini həll edə bilmədiyini açıqladı:

“Biz aktyorlar yazığıq. İşimizi sevirik, amma dolanmağa şəraitimiz yoxdur. Bu gün süpürgəçi 300 manat maaş alırsa, mən aktyor olaraq 189 manat alıram. Onunla kirayə pulu verəsən, kommunal xərcləri ödəyəsən, problemlərini həll edəsən...?! Bu gün atam-anamla qalıram, onlar işləmir. Evə mən baxıram. Aprel ayında toyum olacaq. Bundan sonra da yəqin ki, yeni problemlər, yeni xərclər ortaya çıxacaq”

Qeyd edək ki, Cavanşir Bakı Uşaq Teatrının aktyorudur.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR