Parisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durum müzakirə ediləcək

Parisdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı durum müzakirə ediləcək
13:02 3 Mart 2017
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Parisdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi və qoşunların qarşıdurma xəttində gərginləşən vəziyyətlə bağlı müzakirə keçiriləcək.
“Report” bu barədə “Radio France İnternational”a (RFI) istinadən xəbər verir.
RFI-nin məlumatına görə, gələn həftə, martın 8-9-da, Ermənistan prezidenti Serj Sarqsyan Fransaya səfər edəcək. Səfər diplomatik əlaqəlarin qurulmasının 25-illiyinə həsr olunub. Səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə ediləcək.
RFI xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin həmçinin martın ortalarında Parisə səfəri planlaşdırırlır. 

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/parisde-dagliq-qarabag-munaqisesi-ile-bagli-hazirki-durum-muzakire-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR