Komitə sədri: “Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırdır”

Komitə sədri: “Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırdır”
13:12 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ “Böyük Bakının Regional İnkişaf Planının layihəsi artıq hazırdır”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov məlumat verib.
Onun sözlərinə görə, layihə artıq Nazirlər Kabinetinə təqdim olunub: “Hazırda ekspertlər layihəyə baxır. Daha sonra hökumət tərəfindən təsdiq ediləcək”.
Komitə sədri qeyd edib ki, layihədə çox yeniliklər olacaq: “Dəyişikliklərlə bağlı müvafiq nazirliklərin hər biri öz mövqeyini bildirib. Biz də həmin münasibətlərə uyğun olaraq layihədə müvafiq düzəlişlər etməliyik. Nazirliklərdən bəzilərinin təklifləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Cavab verdik ki, bir pullu yol var və bu da kifayət edir”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/komite-sedri-boyuk-bakinin-regional-i-nkisaf-planinin-layihesi-artiq-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR