​Hərbi xidmətdə olmayanlar subay qalacaq

“Məcburi köçkün ailələrinə müraciət etdim ki, hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin”.

Bu sözləri baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” (Ağdam şəhərinin timsalında) adlı layihənin təqdimatı zamanı deyib.

Bu barədə Metbuat.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, Əli Həsənovun fikrini dəstəkləyir:

“Bu, yeni fikir deyil. Türkiyədə daha çox populyardır. Əli Həsənov bu fikrin bizdə də populyarlıq qazanmasını istəyir. Mən də bunun tərəfdarıyam. Düzdür, bəzi gənclər sağlamlıqla bağlı müəyyən səbəblərə görə əsgərliyə gedə bilmir. Amma hərbi xidmətdən özü istəyərək yayınmaq mənfi fikir sayılmalıdır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR