Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir”

Mədət Quliyev: “Azərbaycan təhlükəsiz, sabit ölkədir”
13:27 3 Mart 2017
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart.REPORT.AZ/ “Terrorçuluqla mübarizə orta məktəblərdən, ailədə başlanmalıdır. Gəncələrə bu problemlər aşılanmalıdır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, hər kəs bu istiqamətdə mübarizə aparmalıdır: “Azərbaycan təhlükəsiz, sabit ölkədir. Bu, Prezident İlham Əliyevin apardığı siyasətin nəticəsidir. Bir daha qeyd edirəm, terrorla mübarizə ailədən, məktəbdən başlamalıdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/medet-quliyev-azerbaycan-tehlukesiz-sabit-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR