Turan İbrahimovdan deputata cavab:

Dünən deputat Arif Rəhimzadənin Rusiyada verdiyi müsahibə birmənalı qarşılanmayıb. “Azərbaycanlılar türk deyil” ifadəsi bütün sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Metbuat.az Mynews.az-a istinadən xəbər verir ki, “ATV səhər” verilişinin aparıcısı Turan İbarhimov da deputatın bu sözlərinə çox sərt reaksia verib:

“Bu gün çox ciddi, həssas bir dövrdə azərbaycanlıların türk olmadığını demək hətta xəyanətə bərabərdi.

Mən bir jurnalist olaraq, televiziya işçisi olaraq birinin Rusiyada belə bir söz işlətməsini heç cür qəbul etmirəm və bütün ictimaiyyəti, hətta Milli Məclisin bütün cəzalandırma mexanizmlərini çağırıram ki, o şəxsi necəsə cəzalandırsın. Necə ki, Aslan Şahvediyevi məcbur etdiniz xalqdan üzr istədi, Arif Rəhimzadə də üzr istəməlidi.

Bütün ziyalılar qınayırlar. Bəziləri də hətərəm-pətərəm danışır. O tərəfin də xoşuna gəlməyə çalışır, bu tərəfində. Kişi olmaq lazımdı. Bu cürə məsələlərə kökündən son qoymaq lazımdı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR